Ana Sayfa > Cəmiyyət > Sabirabadda iki "KamAZ" toqquşdu, sürücülərdən biri öldü

Sabirabadda iki "KamAZ" toqquşdu, sürücülərdən biri öldü


3-09-2019, 16:50. Yazar: sevinc1
Sabirabadda iki "KamAZ" toqquşdu, sürücülərdən biri öldü


Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində rayon sakini Qədir Səmədovun və Ağcabədi rayon sakini İlyas Həmidovun idarə etdikləri 2 “KamAZ” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, Q.Səmədov orada ölüb.

aia.az
Geri dön