Ana Sayfa > Ölkə > Avqust ayı ərzində AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1701 müraciət daxil olub
Avqust ayı ərzində AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1701 müraciət daxil olub2-09-2019, 11:25. Yazar: sevinc1 |
2019-cu ilin avqust ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1701 müraciət daxil olub. Daxil olan müraciətlərdən 314-ü sertifikatlaşdırma və qeydiyyat, 359-u idxal-ixrac əməliyyatları, 235-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı Agentliyə 45 müraciət daxil olsa da, onlardan yalnız 10-u öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 91-i işə qəbulla, 657-i isə digər xarakterli müraciətlər olmuşdur. aia.az Geri dön |