Ana Sayfa > Qərbi Azərbaycan > Mingəçevirdə binadan yıxılan 2 yaşlı uşağın vəziyyəti

Mingəçevirdə binadan yıxılan 2 yaşlı uşağın vəziyyəti


2-09-2019, 11:21. Yazar: sevinc1
Mingəçevirdə binadan yıxılan 2 yaşlı uşağın vəziyyəti


Mingəçevirdə yaşayış binasından yıxılan azyaşlı əməliyyat olunub.

Bu barədə Trend-ə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildiriblər. Binanın üçüncü mərtəbəsindən yıxılan şəhər sakini - 2017-ci il təvəllüdlü Rəcəbov Uğur İlkin oğlu öd kisəsinin əzilməsi, qaraciyərin və dalağın cırılması, 12 barmaq bağırsaq divarının partlaması xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılan kimi cərrahiyyə şöbəsinə alınaraq əməliyyat olunub. Xəstəxanadan qeyd edilib ki, hazırda uşağın vəziyyəti stabildir. O, reanimasiya şöbəsində aparata qoşulu vəziyyətdə müalicə alır.


aia.az
Geri dön