Ana Sayfa > Qərbi Azərbaycan > Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta e-mail göndərildi
Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta e-mail göndərildi2-09-2019, 11:18. Yazar: sevinc1 |
![]() Səhiyyə Nazirliyi bu qurumun adından jurnalistlərə e-mail göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, sentyabrın 2-də bir çox media qurumunun və jurnalistlərin e-mail ünvanlarına Səhiyyə Nazirliyinin adından saxta press-reliz göndərilib: "Qeyd edirik ki, "info@sehiye.gov.az" mail ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Səhiyyə Nazirliyinin rəsmi email ünvanı office@health.gov.az-dır". aia.az Geri dön |