Ana Sayfa > Parlament / Aia TV / Karusel > Qızına və gəlininə qarşı əxlaqsızlıq edən manyaka – SƏRT CƏZA

Qızına və gəlininə qarşı əxlaqsızlıq edən manyaka – SƏRT CƏZA


29-01-2016, 16:41. Yazar: admin

Hökm oxunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını zorlamaqda və gəlininə qarşı seksual hərəkətlər etməkdə, arvadına işgəncə verməkdə təqsirləndirilən 1960-cı təvəllüdlü Malik Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aia.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə M.Mirzəliyev 15 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı M.Mirzəliyevin 15 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, M.Mirzəliyev qızı Əfsanəni (ad şərtidir) zorlayıb, sonra gəlini Nigara (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib, arvadı Gülşənə (ad şərtidir) isə işgəncə verib. O, Cinayət Məcəlləsinin 149 (zorlama), 150 (seksual hərəkətlər) və 133-cü (işgəncə vermə) maddələri ilə təqsirləndirilib.
Geri dön