Ana Sayfa > Təhsil > Orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb

Orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb


29-08-2019, 16:47. Yazar: sevinc1
Orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas yerləşdirilməsindən sonra orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, müsabiqənin əsas yerləşdirmə mərhələsində 3000-ə qədər vakant müəllim yeri tutulub. Qalan vakant qalan yerlər isə əlavə yerləşdirmə üçün təqdim edilib.

Nazirlik rəsmisi qeyd edib ki, artıq 4000-ə qədər namizəd əlavə yerləşdirmədə iştirak üçün vakant yerləri seçərək elektron ərizəsini təsdiq edib:

“Elektron ərizəsini təsdiq etməyib onu natamam saxlayanların sayı isə daha çoxdur. Bu gün əlavə yerləşdirməyə müraciət üçün sonuncu gündür. Bu gün 23.59-da elektron sənəd qəbulu prosesi başa çatacaq. Sabah gün ərzində elektron yerləşdirmə həyata keçiriləcək və namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumatlar göndəriləcək”.

M.Camalzadə qeyd edib ki, sentyabrın 2-3-də müsahibələrin təşkili planlaşdırılır. Namizədlərin sayından asılı olaraq, müsahibələr 1, yaxud 2 gün keçirilə bilər.

aia.az
Geri dön