Ana Sayfa > Parlament / Aia TV / Karusel > “Avis” apteklər şəbəkəsinin sahibi həbs olundu
“Avis” apteklər şəbəkəsinin sahibi həbs olundu29-01-2016, 15:15. Yazar: admin |
Direktorun nədə ittiham edildiyi məlum olub. "Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham edildiyi məlum olub. Aia.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, E.Məhərov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq) və 200.1-ci (istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə ittiham olunur. Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ötən gün E.Məhərovu saxlayıblar. Bu gün o, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılacaq. Xatırladaq ki, "Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb. Geri dön |