Ana Sayfa > Cəmiyyət > Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə helikopter cəlb edildi

Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə helikopter cəlb edildi


29-08-2019, 15:23. Yazar: sevinc1
Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə helikopter cəlb edildi


Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Rayon Icra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.

Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


aia.az
Geri dön