Ana Sayfa > Cəmiyyət > Lökbatanda 2 avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Lökbatanda 2 avtomobil toqquşdu, ölən və xəsarət alanlar var


29-08-2019, 14:28. Yazar: sevinc1
Lökbatanda 2 avtomobil toqquşdu, ölən və xəsarət alanlar var


Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.


aia.az
Geri dön