Ana Sayfa > Ölkə > Xəzərin vəziyyəti bir az da ağırlaşdı -

Xəzərin vəziyyəti bir az da ağırlaşdı -


29-08-2019, 12:12. Yazar: sevinc1
Xəzərin vəziyyəti bir az da ağırlaşdı -




Xəzər sahili boyunca yerləşən yaşayış massivlərinin bir çoxunda formalaşan tullantı suları, yarımadanın Balaxanı, Suraxanı neft mədənlərində yaranan lay suları hələ də Hövsan kanalı və digər axarlar vasitəsilə təmizlənmədən birbaşa dənizə axıdılır.

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

Bildirib ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahil zolaqları və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab sularından daxil olan müxtəlif çirkləndiricilərdir:

"Abşeron yarımadasında kanalizasiya şəbəkəsinin tamamlanmaması, sahilboyu ərazilərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin çoxunda təmizləyici qurğuların olmaması, tullantı sularının idarə olunmasına cavabdeh olan bələdiyyə, icra nümayəndəliyi, təmizlik işləri ilə məşğul olan müvafiq qurumların laqeyd münasibəti vəziyyəti daha da ağırlaşdırır.

Çirkab suların birbaşa Xəzərə axıdılmasının dayandırılması, acınacaqlı vəziyyət yaradan axarların qarşısının alınması üçün tərəfimizdən müvafiq tədbirlər görülür. Eyni zamanda, tullantı sularını dənizə axıdan fiziki və hüquqi şəxslərə təmizləyici qurğuların qurulması, daxili kanalizasiya sisteminin çəkilməsi, mövcud qurğuların düzgün idarə olunması üçün xəbərdarlıqlar edilir, məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur".

Şöbə müdiri havanın çirklənməsi barədə də danışıb:

"Hazırda paytaxtda havanın çirklənməsinin 70 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür. Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir.

Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir. Nəzərə alsaq ki, 2021-ci ildə ölkədə istehsal olunan yanacaq Avro-5 standartına uyğunlaşdırılacaq ki, bu da nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalmasına şərait yaradacaq".

aia.az
Geri dön