Ana Sayfa > Karusel / Cəmiyyət > Bakı sakini 18 gündür yoxa çıxıb

Bakı sakini 18 gündür yoxa çıxıb


29-08-2019, 11:13. Yazar: sevinc1
Bakı sakini 18 gündür yoxa çıxıb


Bakıda gənc oğlan itkin düşüb.

Trend-in məlumatına görə, Hövsan qəsəbə sakini 10 gündən artıqdır ki, yoxa çıxıb.

Belə ki, Məmmədov Mehdixan Elşən oğlu, avqustun 11-i səhər saat 10 radələrində Oktay Şabanov küçəsində yerləşən evindən çıxıb. O, qəsəbə mərkəzində yerləşən toptan satış mərkəzinə gedib və bir daha geri dönməyib.

Onu görənlərdən 055-762-04-50 telefon nömrəsinə zəng etmələri xahiş olunur.


aia.az
Geri dön