Ana Sayfa > Karusel / Cəmiyyət > Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Minskdə saxlanıldı

Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Minskdə saxlanıldı


28-08-2019, 08:30. Yazar: sevinc1
Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Minskdə saxlanıldı


Belarusda beynəlxalq axtarışda olan azərbaycanlı saxlanılıb.

Bu barədə naviny.by saytı xəbər yayıb.

Bildirilib ki, bu gün Minsk aeroportunda Türkiyəyə uçmağa hazırlaşan iki qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onlardan biri 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı, digəri isə 39 yaşlı Azərbaycan vətəndaşıdır.

Hər iki qadın haqqında beynəlxalq axtarış elanı var imiş.

Saxlanılanların adları açıqlanmayıb.


aia.az
Geri dön