Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bərdə rayon idman məktəbində 2 fevral Gənclər Günü münasibətiylə şahmat çempianatı keçirilmiçdir

Bərdə rayon idman məktəbində 2 fevral Gənclər Günü münasibətiylə şahmat çempianatı keçirilmiçdir


29-01-2016, 12:04. Yazar: admin

25-28 yanvar 2016-ci il tarixlərdə Bərdə Şahmat Uşaq-Gənclər İdman Məktəbində rayon Gənclər və İdman idarəsinin və Şahmat UGİM-nin birgə təşkilatçılığı ilə şəhər məktəblərinin şagirdləri arasında “2 fevral Gənclər günü”nə həsr olunmuş şahmat üzrə şəhər birinciliyi keçirilmişdir.Keçirilən yarışda 50 nəfər şagird qələbə uğrunda mübarizə aparmışlar.

Yarışın açılış mərasimində Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov və Şahmat Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əbülfət Məmmədov çıxış edərək müstəqil Azərbaycanın Gənclər Siyasətinin banısı,ümummilli lider Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə,idmanın və hüsusi ilə şahmat oyununun inkişafına göstərdiyi diqqət və qayğıdan danışdılar və qeyd etdilər ki,Gənclər Siyasəti bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilərək daha geniş vüsət almışdır.

Yarışın baş hakimi Əbülfət Məmmədov birinciliyi açıq élan edərək iştirakçılara uğurlar dilədi.

Yarış Isveçrə sistemi üzrə keçirilmişdir.

Dörd gün davam edən yarışda topladığı xallara görə I yeri N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Əliyev Şəmsi Zəfər oğlu, II yeri şəhər 8 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Cəfərov Kənan Xəqani oğlu, III yeri isə N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əkbərli Sənan Azər oğlu tutmuşlar.

Qaliblər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunmuşlar






Geri dön