Ana Sayfa > Cəmiyyət > Siyəzəndə qadın 3 övladı ilə birlikdə itkin düşüb

Siyəzəndə qadın 3 övladı ilə birlikdə itkin düşüb


27-08-2019, 17:42. Yazar: sevinc1
Siyəzəndə qadın 3 övladı ilə birlikdə itkin düşüb


Siyəzəndə 30 yaşlı qadın övladları ilə birlikdə itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan aia.az -a verilən məlumata görə, rayonun Yenikənd kənd sakini Həmzəliyeva Gülnar Xanbala qızı iyul ayının 23-də üç azyaşlı övladı ilə birlikdə evdən çıxaraq bir daha geri qayıtmayıb.

G.Həmzəliyevanın boyu 155 santimetr, yumru sifətli, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

Onu görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (023 304-13-03 şəhər və (051) 772-06-06; (077) 390-70-75 mobil nömrələrinə) zəng vuraraq məlumat vermələri xahiş olunur.

aia.az
Geri dön