Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Samuxda iki əmiqızı dəm qazından zəhərləndi

Samuxda iki əmiqızı dəm qazından zəhərləndi


28-01-2016, 22:16. Yazar: admin
Samuxda iki əmiqızı dəm qazından zəhərləndi
Hadisə Nəbiağalı qəsəbəsində qeydə alınıb.

Samuxda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Aia.az xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 15 radələrində Nəbiağalı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri 1984-cü il təvəllüdlü Sofiya Vahid qızı Vəliyeva və 1980-cı il təvəllüdlü Aygün Rafiq qızı Vəliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilən qadınlar tibbi müəsisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların vəziyyəti ağırdır.

Zəhərlənən qadınlar əmiqızıdırlar.
Geri dön