Ana Sayfa > Karusel / Cəmiyyət > Yanğınla mübarizəyə polislər də qoşuldular

Yanğınla mübarizəyə polislər də qoşuldular


27-08-2019, 16:42. Yazar: sevinc1
Yanğınla mübarizəyə polislər də qoşuldular


Avqustun 26-da günorta saatlarında Bərdə rayonu Cumalar kəndindəki meşəlik ərazidə yanğın hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, hadisə yerində Bərdə Rayon Polis Şöbəsinin, FHN-in əməkdaşları və yerli sakinlər olublar.

Baş verən yanğının qarşısının alınmasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları fəal iştirak ediblər. Cumalar kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Yanğının digər sahələrə keçməsinin qarşısı vaxtında alınıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Geri dön