Ana Sayfa > Ölkə > BŞİH-dən çimərliklərlə bağlı iddialara cavab
BŞİH-dən çimərliklərlə bağlı iddialara cavab27-08-2019, 16:40. Yazar: sevinc1 |
Son günlər bəzi KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan xəbərlər dərc olunub. Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov deyib. Onun sözlərinə görə, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur: “Çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və nəzarətdə saxlanılır. Həmin KİV-lərdə qeyd olunanlar isə şayiələrdən başqa bir şey deyil”. Geri dön |