Ana Sayfa > İdman > "Qarabağ"-"Linfild" oyununu idarə edəcək hakim heyəti açıqlandı

"Qarabağ"-"Linfild" oyununu idarə edəcək hakim heyəti açıqlandı


27-08-2019, 16:02. Yazar: sevinc1
"Qarabağ"-"Linfild" oyununu idarə edəcək hakim heyəti açıqlandı


"Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiyanın "Linfild" komandasına qarşı keçirəcəyi play-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb.

"Qarabağ" futbol komandasının mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, oyunun baş hakimi Rusiya Futbol Federasiyasından Sergey İvanov olacaq. Baş hakimə həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin dördüncü hakim, lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcəklər.

Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild"klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Xatırladaq ki, "Qarabağ" səfərdə "Linfild"ə 2:3 hesabı ilə məğlub olmuşdu.

aia.az
Geri dön