Ana Sayfa > Gündəm > Bakıda “Eternity-2019” təlimi keçiriləcək

Bakıda “Eternity-2019” təlimi keçiriləcək


27-08-2019, 10:46. Yazar: sevinc1
Bakıda “Eternity-2019” təlimi keçiriləcək


Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayır.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.


aia.az
Geri dön