Ana Sayfa > Gündəm > Səhiyyə Nazirliyi Qaxda hamilə qadının xəsarətləri barədə məlumat yaydı
Səhiyyə Nazirliyi Qaxda hamilə qadının xəsarətləri barədə məlumat yaydı26-08-2019, 15:00. Yazar: sevinc1 |
Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində boğulma xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hamilə qadının vəziyyəti barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub və xəstənin huşu özündə olmayıb. Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu özünə qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir. aia.az Geri dön |