Ana Sayfa > İdman > Bu gün 3 güləşçimiz dünya çempionatına qatılacaq

Bu gün 3 güləşçimiz dünya çempionatına qatılacaq


26-08-2019, 14:18. Yazar: sevinc1
Bu gün 3 güləşçimiz dünya çempionatına qatılacaq


Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib. İlk yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb.

Azərbaycan Cüdo Federasiyasından aia.az-a verilən məlumata görə, Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Bu gün Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) mundialda ilk görüşlərini keçiricək.


aia.az
Geri dön