Ana Sayfa > Karusel / Cəmiyyət > Qaxda hamilə qadına qarşı vəhşilik:

Qaxda hamilə qadına qarşı vəhşilik:


26-08-2019, 13:10. Yazar: sevinc1
Qaxda hamilə qadına qarşı vəhşilik:


Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində özünə xəsarət yetirdiyi deyilən hamilə qadınla bağlı məlumat yayıb.

Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub.

"Xəstəxanaya gətiriləndə xəstənin huşu özündə olmayıb. Müayinə zamanı qadının iki aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb.

Hazırda reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır. Vəziyyəti orta-ağır qiymətləndirilir".


aia.az
Geri dön