Ana Sayfa > Cəmiyyət > Qəbələdə dağlıq ərazidə yanğın başlayıb -

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb -


23-08-2019, 17:22. Yazar: sevinc1
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb -



Qəbələ rayonunda yanğın başlayıb.

Qəbələ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən isə Trend-ə bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib.


aia.az
Geri dön