Ana Sayfa > Karusel / Parlament > Yeni Ramanada 2 hektar quru ot sahəsi və 50 ədəd şam ağacı yanıb
Yeni Ramanada 2 hektar quru ot sahəsi və 50 ədəd şam ağacı yanıb23-08-2019, 16:38. Yazar: sevinc1 |
![]() Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində yanan quru ot və kol-kos söndürülüb. Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. XXX 13:24 Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır. Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. aia.az Geri dön |