Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Sabiq polis əməkdaşı aclıq elan etdi - FOTO

Sabiq polis əməkdaşı aclıq elan etdi - FOTO


28-01-2016, 16:07. Yazar: admin

“Onlar ərimə psixoloji təzyiq göstərmək istəyirlər”.

Keçmiş həyat yoldaşının qətlində təqsirkar bilinən sabiq polis əməkdaşı Samir Əliyev aclıq elan edib.

Aia.az xəbər verir ki, bu haqda haqqin.az-a S.Əliyevin həyat yoldaşı Zəminə Əliyeva danışıb.

Onun sözlərinə görə, S.Əliyev bu addımı artıq yeddi aydır uşaqları ilə görüşə və ona evdən bağlama gətirməyə icazə verilmədiyi üçün atıb.

“Onlar ərimə psixoloji təzyiq göstərməyə çalışırlar. Bu səbəbdən ona uşaqlarla görüşə icazə vermirlər. Müstəntiq bizim bir yaşlı övladımızın istintaqın gedişatına mane ola biləcəyinə dair qərar çıxarıb. Onlar ərimin törətmədiyi əməli etiraf etməsi üçün bütün yollara əl atırlar.

Bu insanlar yalnız uşaqlarla görüşə qadağa qoymaqla qalmırlar. Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə üzrə Baş idarədə işləyən qaynım işdən çıxarılıb. Ərimin anası əməkdar müəllim, məktəb direktoru vəzifəsindən azad edilib. Samirin atası Türkiyəyə müalicəyə getməli idi, amma onu ölkədən buraxmadılar”, - Z.Əliyeva bildirib.

S.Əliyev özü arvadına məktub yazıb və bildirib ki, istintaq onun işi üzrə əsaslandırılmamış şəkildə uzadılır, ona yaxınları ilə görüş qadağan edilib, bu səbəbdən o, aclıq elan etmək qərarına gəlib.

Xatırladaq ki, 2015-ci ilin iyul ayının 6-da saat 01.30 radələrində Bakı-Quba yolunun 55-ci km-də, 2015-ci ilin iyun ayının 25-də itkin düşmüş 34 yaşlı Natavan Əliyevanın yanmış cəsədi tapılıb. Qətlə yetirilən şəxs Bakı klinikalarının birində həkim işləyirdi.

N.Əliyevanın cəsədi tapıldıqdan bir neçə gün sonra şübhəli şəxs qismində onun keçmiş həyat yoldaşı Samir Əliyev saxlanılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə o, dörd ay müddətinə həbs edilib.
Geri dön