Ana Sayfa > Parlament > Mərdəkan körpüsündən avtomobil aşıb -
Mərdəkan körpüsündən avtomobil aşıb -23-08-2019, 14:23. Yazar: sevinc1 |
Mərdəkan körpüsündən avtomobil aşıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |