Ana Sayfa > Parlament / Aia TV / Karusel > Milli Məclisin qarşısında bir nəfər özünü yandırmaq istədi

Milli Məclisin qarşısında bir nəfər özünü yandırmaq istədi


28-01-2016, 15:57. Yazar: admin

O, polis bölməsinə aparılıb.

Bakıda intihara cəhd olub.

Aia.az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Milli Məclisin qarşısında qeydə alınıb. 40-45 yaşlarında naməlum kişi üzərinə yanacaq məhlulu tökərək özünü yandırmaq istəyib.

Ərazidə olan polis əməkdaşları dərhal müdaxilə edərək intihara cəhdin qarşısı alıblar.

Səbail rayon Polis İdarəsindən faktı təsdiqləyiblər.

Bildirilib ki, hazırda onun 9-cu Polis Bölməsində ifadəsi alınır.

İntihara cəhd edən şəxsin kimliyi hələlik açıqlanmır.
Geri dön