Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Stresdən qurtulmaq üçün bir fincan kifayətdi - FAYDALARI

Stresdən qurtulmaq üçün bir fincan kifayətdi - FAYDALARI


28-01-2016, 14:03. Yazar: admin

Miqdar olaraq kiçik olmasına rəğmən böyük bir enerji qaynağı olan kakaonun tərkibində güclü antioksodanlar, karbohidratlar, yüksək miqdarda protein, potasium, maqnezium, az miqdarda kalsium və duz, dəmir zərrəcikləri, A, B1, B2, D, E vitamini və kafein mövcuddur.
Bunların da çoxu şokoladın sağlamlığa faydasını təmin edən qidalandırıcı maddələrdir.

Aile.lent.az kakaonun sağlamlığa faydalarını təqdim edir.

1. Kakao güclü antioksidantdır, hüceyrə yeniləyici keyfiyyəti ilə immunitet xəstəliklərinin müalicəsində istifadə edilir.

2. Kakao və xoşbəxtlik. Deyilənə görə, içilən bir fincan kakao stressi azaltmaq üçün kifayətdir.

3. Kalsium tərkibli olduğu üçün uşaqlarda sümük inkişafına, yetkin insanlarda isə sümüklərin böyüməsinə kömək edir.

4. Kakao dəmir və sink çatışmazlığına yardım edir.

5. Duzun böyrəklərdə yığılmasına əngəl olduğu üçün böyrək xəstələrinə faydalıdır. Sidik qovucudur.

6. Damar tıxanmasının qarşısını alır.

7. İşləyərkən zehnin oyaq olması üçün qəhvə kimi içə bilərsiniz.

8. Kakaonun yağı günəşin zərərli təsirlərindən qoruyur, dəri çatlarını azaldır.

9. Bədəndəki zəhərlərin bədəndən atılmasına yardım edir.

10. İştaha açır və qüvvət verir.

11. Yaşlanmaya qarşı antioksidantlar baxımından zəngindir.

Kakaodan düzgün istifadə etmək üçün kakao tozundan 1-2 qəhvə qaşığı stəkana tökülür və üzərinə 200-300 ml qaynadılmış su əlavə edilir, süd də qatıla bilər.

Qeyd: Çox miqdarda kakao içilməsi baş ağrısı, tərləmə, titrəmə, depressiya, asılılıq yarada bilər.
Geri dön