Ana Sayfa > Manşet / Ölkə > KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar

KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar


23-08-2019, 11:47. Yazar: admin
KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar


Bir neçə gün əvvəl məlum oldu ki, Kənd Təsərrüfatı Nazirliyi (KTN) ölkənin regionlarında xırda buynuzlu heyvanların qırxım məntəqələrinin və mal-qaranın çimizdirilmə qurğularının tikintisinə təxminən 4 milyon 276 min manata yaxın vəsait yönəldəcək.

AIA.Az: Məntəqələrin Tovuz, Şəmkir, Şəki, Qazax, Samux, İsmayıllı, İmişli, Göygöl, Goranboy, Beyləqan, Ağstafa və Ağcabədi rayonlarında tikintisi nəzərdə tutulur.

Bu işlərin icrası məqsədilə KTN "CONSOL Group” MMC ilə 4 milyon 276 min manat ümumi məbləğində 13 müqavilə imzalanıb.

Redaksiyamızın əməkdaşları şirkətlə bağlı araşdırma aparıb və ortaya maraqlı məqam çıxıb.

Məlum olub ki, "CONSOL Group" 2008-ci ildən Azərbaycanın inşaat malları bazarında mexanik təchizat mallarının Türkiyə və Avropadan idxalı və topdan satışı sahəsi üzrə fəaliyyətə başlayıb.

Hazırda şirkət müştərilərini layihələndirmə və mexanik təchizat işləri təqdim edir.

Şirkətin layihə qrupu tərəfindən məkan və struktur etibarilə hər bir layihəyə uyğun olaraq kondisioner, ventilyasiya və isitmə sistemləri (HVAC), su təchizati, kanalizasiya, yanğınsöndürmə, tüstü kənaredici avadanlıqlarının layihələndirilməsi və qiymətləndirilməsi, işçi qrupu tərəfindən isə avadanlıqların gətirilməsi, montaji və buraxılış-sazlanması üzrə bütün işlər standartlara uyğun şəkildə təqdim olunur.

Müştərilərə həmçinin quraşdırılan avadanlıqların baxım və servis xidmətini təklif edilir.

Məlumata görə "CONSOL Group"un fəaliyyət istiqamətləri arasında tikinti işlərinin aparılması yoxdur.

Belə ki, nazirliyin ümumi məbləği 4 milyon manatdan çox olan və 12 rayonda inşası nəzərdə tutulan xırda buynuzlu heyvanların qırxım məntəqələrinin və mal-qaranın çimizdirilmə qurğularının tikintisini məhz adıçəkilən şirkətə həvalə etməsi maraq doğurur... (Qlobal.az)
Geri dön