Ana Sayfa > Ölkə > İcra Hakimiyyəti:
İcra Hakimiyyəti:22-08-2019, 13:07. Yazar: sevinc1 |
Xətai rayonunda su borusunun partlaması nəticəsində yaranan problemin qarşısı vaxtında alınıb. Bunu Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, hazırda hadisə yerində lazımi işlər görülür: "Ötən gecə baş vermiş hadisə ilə əlaqədar əraziyə aidiyyəti üzrə qurumlar, xüsusən də "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. Operativ olaraq qəza yerinə baxış keçirilib və qısa zamanda su axıntısının qarşısı alınıb. Problemin səbəbinin öyrənilməsi və həlli "Azərsu" ASC-nin həyəti tərəfindən həyata keçiriləcək". Qeyd edək ki, ötən gecə Xətai rayonu, Babək prospektində içməli su borusu partlayıb. Nəticədə axan su yola və ətrafa dağılıb. aia.az Geri dön |