Ana Sayfa > Cəmiyyət > Cinayət törədən 41 nəfər saxlanılıb

Cinayət törədən 41 nəfər saxlanılıb


22-08-2019, 12:18. Yazar: sevinc1
Cinayət törədən 41 nəfər saxlanılıb


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 24 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.





aia.az
Geri dön