Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Azərbaycanda məktəbli geyimləri bahalaşır
Azərbaycanda məktəbli geyimləri bahalaşır6-07-2015, 13:51. Yazar: admin |
Manatın devalvasiyası ilə əlaqədar. “Bakı Tikiş Evi”nin orta məktəb şagirdləri üçün satdığı geyimlərin qiymətlərinin bahalaşdırılması nəzərdə tutulur. Aia.az xəbər verir ki, “Bakı Tikiş Evi”nin Satış şöbəsinin rəisi Etibar Əzimovun Trend-ə verdiyi məlumata görə, geyimlərin satış qiymətinin nə qədər bahalaşdırılacağı ilə bağlı qərar yaxın günlər ərzində açıqlanacaq: “Hələlik qiymətlərin nə qədər olacağı dəqiqləşdirilməyib. Hazırda bu məsələ araşdırılır”. BTE-dən bildirilib ki, qiymətlərin bahalaşdırılmasının əsas səbəbi isə materialların Türkiydən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsidir. “BTE məktəbli dünyası” Filialından isə Trend-ə bildirilib ki, Azərbaycanda dolların manata nisbətdə məzənnəsinin dəyişməsi prosesi başlayandan sonra geyimlərin qiymətlərində artıq artım müşahidə edilib. Hazırda I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagırdləri isə 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagırdləri isə 52 manat olub. Geri dön |