Ana Sayfa > Cəmiyyət > Bakıda metroda gərginlik düşdü, "Sahil" stansiyasında işıqlar söndü

Bakıda metroda gərginlik düşdü, "Sahil" stansiyasında işıqlar söndü


20-08-2019, 12:59. Yazar: sevinc1
Bakıda metroda gərginlik düşdü, "Sahil" stansiyasında işıqlar söndü


Bakıda metroda problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə bu gün saat 10:55 radələrində metronun "Sahil" stansiyasında baş verib.

Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb. Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.

B.Məmmədov bildirib ki, hadisə qatarların hərəkətinə mane olmayıb və intervalda gecikmə yoxdur. Hadisə nəticəsüində sərnişinlər arasında xəsarət alan olmayıb.

aia.az
Geri dön