Ana Sayfa > Manşet / Ölkə > İsmayıllıda qızıl axtaranların dağıtdığı tarixi abidə

İsmayıllıda qızıl axtaranların dağıtdığı tarixi abidə


20-08-2019, 12:32. Yazar: sevinc1
İsmayıllıda qızıl axtaranların dağıtdığı tarixi abidə


İsmayıllı rayonunun Sulut kəndində yerləşən tarixi abidə (Buzxana) dağıntılara məruz qalıb.

Azvision.az xəbər verir ki, XIX əsrin əvvəllərində sonuncu Şamaxı xanı Mustafa xan tərəfindən (Fit dağı yaxınlığında) inşa edildiyi güman edilən tikili həmin dövrdə xalqdan vergi kimi yığılan ərzaqların saxlanılması üçün istifadə edilib.
Son vaxtlar tarixi abidə kimi qeydiyyatda olan buzxana baxımsız vəziyyətdə qalıb. Yerli sakinlərin sözlərinə görə, abidənin dağılmasına səbəb insanların qızıl tapmaq məqsədilə burada qazıntılar aparmasıdır.


aia.az
Geri dön