Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb


20-08-2019, 12:04. Yazar: sevinc1
Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb




Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

11:47

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
O bildirib ki, hadisə rayonunİsmayıl bəy Qutqaşınlı, 63 ünvanında qeydəalınıb:

"Yanğın 17 mərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasındakı elektrik kabellərində baş verib. Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bina sakinləri dərhal təxliyyə edilib. Yanğının söndürülməsi işi davam edir".



aia.az
Geri dön