Ana Sayfa > Karusel / Cəmiyyət > Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı


19-08-2019, 12:38. Yazar: sevinc1
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı


Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.


aia.az
Geri dön