Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Əmanətçilərə kompensasiya ödəniləcək

Əmanətçilərə kompensasiya ödəniləcək


27-01-2016, 21:02. Yazar: admin

“Bizdə heç bir problem yaranmayacaq”.

Azərbaycanın Mərkəzi bankı tərəfindən lisenziyaları geri çağrılan altı bankın əmanətçilərinə ümumi həcmi 70 milyon manat olan kompensasiya ödəniləcək.

Aia.az -ın verdiyi xəbərə görə, bu barədə Trend-ə Azərbaycan Əmanətləri sığortalama fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

“Kompensasiyaların ödənilməsi ilə bağlı bizdə heç bir problem yaranmayacaq, çünki onların həcmi 70 milyon manat təşkil edir, Fondun sərəncamında olan vəsaitlər isə 130 milyon manatdır”- deyə o bildirib.

Cavadovun sözlərinə görə, artıq kompensasiyaların ödənilməsini həyata keçirəcək üç agent-bank seçilib - Muganbank, Rabitabank və Unibank.
Geri dön