Ana Sayfa > Karusel / Parlament > Polisə şikayət etməyə gəldi, yük maşınını bölmənin darvazasına çırpdı -
Polisə şikayət etməyə gəldi, yük maşınını bölmənin darvazasına çırpdı -15-08-2019, 14:28. Yazar: sevinc1 |
Avqustun 14-də Bakıda yük maşınının Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin darvazasına çırpılmasının təfərrüatı məlum olub. Hadisənin təfərrüatı barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlum olub ki, bölmənin darvazasına çırpılan “Hyundai” markalı yük maşını “Ceylan” MMC ticarət şirkətinə məxsus olub. 1986-cı il təvəllüdlü sürücü Seymur Mustafayev yük maşınının salonundan 1000 manat, bank kartı və sürücülük vəsiqəsinin oğurlanması barədə polisə şikayət etmək istəyib. O, bu məqsədlə 37-ci bölməyə gəlib. Lakin sürücü idarə etdiyi maşını darvazaya çırparaq polis təsərrüfatına ziyan vurub. Hazırda oğurluq faktı ilə bağlı araşdırma aparılır, hələlik saxlanılan yoxdur. aia.az Geri dön |