Ana Sayfa > Təhsil > Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrıldı
Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrıldı15-08-2019, 11:04. Yazar: sevinc1 |
Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. Dövlət İmtahan Mərkəzindənbildirilib ki, 2019/2020-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb. Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda qeyd olunan sənədləri avqustun 16-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya onun regional bölmələrinə təqdim etməlidirlər: - Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış; - Yaşadığı ərazi üzrə poliklinikadan "peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086); - "Abituriyentin elektron ərizəsi”. Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il aprelin 28-də keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. aia.az Geri dön |