Ana Sayfa > Cəmiyyət > Ermənistan silahlı bölmələri atəşkəsi yenə pozdu

Ermənistan silahlı bölmələri atəşkəsi yenə pozdu


15-08-2019, 10:10. Yazar: sevinc1
Ermənistan silahlı bölmələri atəşkəsi yenə pozdu


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyindən aia.az-a bildirilib ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.


aia.az
Geri dön