Ana Sayfa > Karusel / Parlament > Bakı sakini mağazanı partlatmaq istədi:
Bakı sakini mağazanı partlatmaq istədi:14-08-2019, 18:00. Yazar: sevinc1 |
Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də “102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən “Mayak” mağazasına pul borcu var. Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları xuliqanı taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb. Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər. aia.az Geri dön |