Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Yeniyetmə özəl klinikada burun əməliyyatı zamanı ölüb
Yeniyetmə özəl klinikada burun əməliyyatı zamanı ölüb14-08-2019, 16:45. Yazar: sevinc1 |
Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb. Bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər. Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən “Uniklinika”da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb. Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır. Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər. Xatırladaq ki, 2018-ci ilin martında “StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü. aia.az Geri dön |