Ana Sayfa > Manşet / Gündəm / Seçilənlər-3 > BDYPİ – nəqliyyat vasitələrinin təhlükəsiz istifadə və istismarı üçün bütün tədbirlər görülür

BDYPİ – nəqliyyat vasitələrinin təhlükəsiz istifadə və istismarı üçün bütün tədbirlər görülür


14-08-2019, 11:51. Yazar: sevinc1
BDYPİ – nəqliyyat vasitələrinin təhlükəsiz istifadə və istismarı üçün bütün tədbirlər görülür




Hazırda Rusiya, Türkiyə və sair ölkələrdə yol qəzalarının sayını minimuma endirməkdə effektivliyi təcrübi təsdiq olunan metodlar ölkəmizdə də tətbiq edilir

Respublikamız müstəqillik əldə etdikdən sonra Dövlət Avtomobil Müfəttişliyində onun adından başlamış ciddi dəyişikliklər edildi, əməkdaşların iş şəraiti yaxşılaşdırıldı. Yol hərəkətinin təşkilində və onun təhlükəsizliyinin təmin edilməsində müasir texniki vasitələrdən istifadə olunmağa başlandı. Hazırkı dövrdə respublikamızda yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması dövləti vəzifə kimi qarşıda durur. General-mayor Ramiz Zeynalovun rəhbərliyi altında Baş Dövlət Yol Polisi İdarəsi bu vəzifələrin öhdəsindən layiqincə gəlir.

Bu gün Azərbaycanda yol hərəkəti sahəsində hüquqi normativ bazanın yaradılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətlə gedir.



Ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normaların təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə mütəmadi olara yaxından öyrənilir. Belə ki, Azərbaycan artıq 1997-ci ildə “Yol hərəkəti haqqında” 1969-cu il Vyana konvensiyasına, “Təhlükəli yuklərin beynəlxalq daşımalarının Avropa sazişinə” 2000-ci ildə isə “Sürücülük hüququndan məhrum olunmalarının qarşılıqlı tanınması barədə” 1976-cı il Avropa konvensiyasına qoşulmuşdur.

Haşıyə:



Həmçinin BDYPİ xarici ölkələrdə effektivliyi sınanmış müəyyən konkret əməli tədbirlərin Azərbaycanda tətbiqini də təcrübə etməkdədir. Məsələn, artıq ölkəmizdə yol hərəkəti qayda pozuntularının qarşısını almaq, sürücü intizamının möhkəmləndirilməsi və yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə avtomobil yollarında yol-patrul xidməti avtomobillərinə bənzər maketlərin quraşdırılmasına başlanıb. Təcrübə göstərir ki, yolda yol-patrul avtomobilində xidmət aparıldığını görən sürücülərdə əksər hallarda məsuliyyət və intizam hissi artır, inzibati məsuliyyətə cəlb olunmamaq üçün qaydalara riayət etməyə çalışılır. YPX avtomobilinin maketi quraşdırılmış yolda hərəkət edən intizamsız sürücü də zənnində yanıldığını başa düşənədək törədə biləcəyi qəzadan yayınmış olur, eyni zamanda yenidən yol hərəkəti qaydalarını pozmaq barədə düşüncəsində tərəddüdlər yaranır, intizamalı olmağa meyillənir. Hazırda Rusiya, Türkiyə və sair ölkələrdə geniş tətbiq edilən bu metod yol qəzalarının sayını minimuma endirməkdə effektiv nəticələr verir. DYP-nin yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün həyata keçirdiyi bu və ya bu qəbildən olan digər tədbirlər birmənalı olaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaq, sürücü və sərnişinlərin mənzil başına sağ-salamat çatmasını təmin etmək məqsədi daşıyır.
Qeyd etmək lazımdır ki, 1994-cü ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş polis general-mayoru Ramiz Zeynalovun rəhbərliyi altında qurumun şəxsi heyəti tərəfindən belə bir çətin, ağır, eyni zamanda şərəfli xidmət sahəsində bir sıra uğurlar əldə edilmişdir. Bütün bu dövr ərzində Ramiz Zeynalovun fasiləsiz olaraq BDYPİ-nin rəhbərliyində olması, ilk növbədə onun yüksək peşəkarlığından və əlbəttə ki, şəxsi keyfiyyətlərindən xəbər verir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə Ramiz Zeynalova polis general-mayoru rütbəsi verilmişdir. 1995-ci ildə “İgidliyə görə” medalı, 2006-cı ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Ramiz Zeynalov BDYP-nin rəisi vəzifəsinə təyin olunana qədər şərəfli bir ömür yolu keçmiş, zəngin həyat və iş təcrübəsinə sahib olmuşdur. Ramiz Zeynalovun məhz bu keyfiyyətləri və əlbəttə ki, onun öz işini dövlətimizə və ölkə rəhbərliyinə sədaqət prinsipləri əsasında düzgün qurması bu gün BDYPİ-nin fəaliyyətinin effektivliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir.

Eyni zamanda belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, istənilən bir qurumun uğurlu fəaliyyəti ilk növbədə həmin qurumun struktur bölmələrinin səmərəli fəaliyyətilə təmin edilir. BDYPİ bölmələrinin fəaliyyət sahəsi isə bilavasitə insanların təhlükəsizliyinin təminatı ilə bağlıdır. Təəssüflər olsun ki, bu gün tamamilə səhv olaraq, avtomobillə riskli hərəkətlərin törədilməsini, sürət həddini aşmağı, qanunsuz səs siqnallarından istifadəni şəxsi seçimə aid məsələlər kimi qəbul edən bəzi gənc və təcrübəsiz sürücülər, belə əməlləri ilə ictimai təhlükə törətdiklərinin bəzən heç fərqində belə olmurlar. Məhz belə məqamlarda da DYP əməkdaşlarının məsələyə vaxtında və operativ müdaxilələri bir çox hallarda real olaraq bədbəxt hadisələrin qarşısını almış olur. Ümumiyyətlə, əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün general-mayor Ramiz Zeynalovun rəhbərlik etdiyi BDYPİ-nin əməkdaşları öz vəzifə borclarının öhdəsindən layiqincə gələ bilirlər. O cümlədən hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi, yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi, yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması yönümündə vəzifələrin effektiv icrası BDYPİ-nin struktur bölmələrinin fəaliyyətində prioritet istiqamətlər kimi müəyyənləşdirilib.


Heç şübhə etmirik ki, general-mayor Ramiz Zeynalovun rəhbərliyi altında Baş Dövlət Yol Polisi İdarəsinin işinin effektivliyi bundan sonra da artmaqda davam edəcəkdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön