Ana Sayfa > Manşet / Parlament > Qəzaya uğrayan Azərbaycan HHQ-nin təyyarəsinin bəzi fraqmentləri tapılıb
Qəzaya uğrayan Azərbaycan HHQ-nin təyyarəsinin bəzi fraqmentləri tapılıb9-08-2019, 12:53. Yazar: sevinc1 |
![]() Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür. aia.az Geri dön |