Ana Sayfa > Karusel / Gündəm > Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı
Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı9-08-2019, 10:48. Yazar: sevinc1 |
Dövlət orqanlarında çalışan, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb. Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda dəyişiklik edib. Qərara görə, ali kateqoriya dövlət orqanlarında vəzifə maaşları 310 (əvvəl 220) manat, 1-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 295 (əvvəl 210) manat, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında vəzifə maaşları 280 (əvvəl 200) manat, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 260 (əvvəl 180) olub. Qərar sentyabrın 1-dən qüvvəyə minir. aia.az Geri dön |