Ana Sayfa > Cəmiyyət > Bakı sakininin avtomobilində silah-sursat aşkarlandı

Bakı sakininin avtomobilində silah-sursat aşkarlandı


8-08-2019, 18:00. Yazar: sevinc1
Bakı sakininin avtomobilində silah-sursat aşkarlandı


Bakı şəhər sakini S.Şahalıyevin avtomobilindən silah-sursat və 39 kiloqramdan artıq marqanes götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyevin idarə etdiyi “Volkswagen” markalı avtomobilə baxış zamanı üzərində nişangah quraşdırılmış “TOZ-8” markalı silah, 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanqanat (marqanis) aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

aia.az
Geri dön