Ana Sayfa > Manşet / Gündəm > Azərbaycan Ordusununda komanda-qərargah təlimləri başlayıb

Azərbaycan Ordusununda komanda-qərargah təlimləri başlayıb


8-08-2019, 12:22. Yazar: sevinc1
Azərbaycan Ordusununda komanda-qərargah təlimləri başlayıb


Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, təlimlər trenajorlar və döyüş texnikasından geniş istifadə edilməklə xəritələr üzərində və ərazidə, eləcə də qabaqcıl informasiya texnologiyalarının tətbiqi ilə simulyasiya mərkəzlərində təşkil olunur və keçirilir.

Təlimlərin gedişində dayanıqlı idarəetmə, əməliyyatların hərtərəfli təminatı, həmçinin iştirak edən bütün idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili məsələlərinə xüsusi diqqət yetirilir.

Qoşunların hədlərə, cəmləşmə rayonlarına çıxışı, onların tutulması, yenidən qruplaşması, dəmiryolu nəqliyyatına döyüş və digər texnikanın yüklənməsi kimi fəaliyyətlərinin nəzəri cəhətdən dəyərləndirilməsi və digər məsələlər xüsusi təyin edilmiş bölmələr tərəfindən praktiki yoxlanılır.



aia.az
Geri dön