Ana Sayfa > Karusel / Ölkə > Nazirlikdən bugünkü hava ilə bağlı açıqlama:

Nazirlikdən bugünkü hava ilə bağlı açıqlama:


8-08-2019, 11:54. Yazar: sevinc1
Nazirlikdən bugünkü hava ilə bağlı açıqlama:


Hazırda müşahidə olunan hava şəraiti və nisbətən mülayim temperatur göstəriciləri avqust ayı üçün səciyyəvi deyil.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, son 15 il ərzində avqust ayında daha çox qızmar, isti günlər üstünlük təşkil edib.

U. Tağıyeva qeyd edib ki, bu il isə avqust ayında hava şəraiti qeyri-sabit keçir:

“Hazırda müşahidə olunan temperatur çox illik norma göstəricilərindən 2 dərəcə aşağıdır”.

aia.az
Geri dön