Ana Sayfa > Karusel / Cəmiyyət > Nabranda batan uşağın meyiti Rusiyada tapıldı

Nabranda batan uşağın meyiti Rusiyada tapıldı


8-08-2019, 11:39. Yazar: sevinc1
Nabranda batan uşağın meyiti Rusiyada tapıldı


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1 avqust 2019-cu il tarixində Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xitmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.
Geri dön