Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > “Semaşko”dan başına ağac düşən qızdan pul alınması iddialarına -

“Semaşko”dan başına ağac düşən qızdan pul alınması iddialarına -


7-08-2019, 14:29. Yazar: sevinc1
“Semaşko”dan başına ağac düşən qızdan pul alınması iddialarına -


1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko” xəstəxanası) həkimi Almasxan Zeynalov başına ağacbudağı düşərək xəsarət alan Simnarə Qənbərlinin ittihamlarına cavab verib.

O, xəstə daxil olarkən yanında heç bir qohumunun olmadığını vurğulayıb:
"Təcili yardım maşını ilə pasiyent buraya daxil olan zaman onun heç bir qohumu yanında olmayıb. Xəstə daxil olan kimi başında yarası olduğuna görə sarğı otağına göndərilib.Orada yaraları tikilib.

Yarası tikilib qurtarana yaxınanası gəlib. Yarası tikildikdən sonra isə xəstə kompüter müayinəsinə göndərilib. Kəlləni kompüter müayinəsi etdikdən sonra sağ nahiyədə əzilmə müşahidə edilib.

Pasiyenti kompüter müayinəsi etdikdən sonra kəllə sümüklərində travmatik dəyişiklik qeydə alınmayıb. Nə qansızma, nə də kəllə sümüyündə sınıq olub”.

Həkim iddia edir ki, anası təkidlə qızı xəstəxanadan evəaparıb:
"Xəstənin anasına təklif olunub ki, o, xəstəxanada qalsın. Anası isə qızını evə aparmaq istəyib. Dedim ki, mən deyə bilmərəm ki, bu xəstəni götür, evə apar. Ancaq biz heç kəsiburada ayağından tutub çarpayıyabağlamırıq. Sadəcə nəzərlərinə çatdırdım ki, xəstə müalicə olunmalıdır. Qadın yenə də dediyindən dönmədi”.

Həkim deyir ki, müayinə ilə bağlı diaqnozun nəticələrini xəstə yaxınları istəməlidir, lakin ailə belə bir tələblə müraciət etməyib:
"Xəstənin diaqnozunu verməkdən ötrü müraciət olmalıdır.Qeydiyyat şöbəsində jurnalda o, fiksə olunub. O, arayış şəklində təqdim olunur. Yoxsakompüterin, rentgenin cavabı ayrı-ayrılıqda verilmir” .
Xəstəxanada onlardan pul alınmasına gəlincə isə həkim bunları deyib:
"Özü də gəldi, yoldaşı da gəldi, sual verdim ki, mən sizdən pul istəmişəm? Təcili yardımda buraya "bomj”, küçədə qalmış gəlir. Elə şey olar ki, qanın içində gələn xəstəyə yardım göstərməyəsən?! Adamın ən azından vicdanı olar.Buraya xəstələr gəlir, günlərlə yaxınlarını tapa bilmirik.
Bu, insanlığa uyğun gəlmir. Bizim xəstəxana haqqında hər şey danışırlar. Respublikanın ağır yükünü belində daşıyan bir kollektivə belə söz demək düzgün deyil”.

Qeyd edək ki, ötən günBaku TV-yə danışan Simnarə Qənbərli bildirmişdi ki, ona xəstəxanada çox kobud davranıblar və yaxınlarından pul istəyiblər.



aia.az
Geri dön